Accessibility links

Əfqanıstan təbii resurslarını son texnologiya ilə müəyyən edir


Əfqanıstan təbii mineral resurslarını uzaqdan idarə edilən sensorlara əsaslanan “hyperspectral imaging” adlı son texnologiyadan istifadə etməklə xəritələşdirən ilk ölkə olub.

ABŞ və Əfqanıstan Geologiya idarələrinin birgə səyləri nəticəsində Əfqanıstanın dağlıq-təpəlik ərazisinin relyefindən 800 milyon piksel həcmində məlumat əldə olunub.

Əfqanıstanın ABŞ-dakı səfiri Ekil Hikmətin sözlərinə görə şəffaf və etibarlı məlumatın əldə olunması ölkəyə xarici investorların cəlb olunmasına artıq kömək edib.

“Hindistan, Çin, Kanada və Türkiyə kimi ölkələr, o cümlədən Ekson, Mobil və Şevron şirkətləri bir neçə müqavilə imzalayıblar yaxud bu barədə ciddi məramlarını sərgiləyiblər,” deyə səfir bildirib.

Əfqanıstanın ərazisinin 70 faizi hyperspectral imaging vasitəsilə müəyyən edilib ki, bu, da hökumətə ölkənin təbii sərvətləri haqda aydın təsəvvür verir.
XS
SM
MD
LG