Əfqanıstanın Helmənd vilayətinin rəsmiləri deyir ki, yeni zorakılıqlar 8 mülki vətəndaşın ölümü ilə nəticələnib. Sözçü Davud Əhmədinin sözlərinə görə, onlardan dördü Marcah şəhərində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında gedən atışma zamanı həlak olub. Digər dörd nəfər isə Helmənd vilayətinin Navzad rayonunda maşının yol kənarında yerləşdirilmiş bombanın üzərindən keçdikdən sonra ölüb. Davud deyib ki, hadisə bu həftənin əvvəli baş verib. Fevral ayında ABŞ ordusu Marcahı geri almaq üçün Müstərək adlı əməliyyata başlamışdı. Rəsmilər bildirmişdilər ki, məqsəd yaraqlıların mərkəzi bazasını vurmaqdır. Ancaq keçən həftə Böyak Britaniyanın Əfqanıstanın cənubundakı komandiri deyib ki, ərazini Taliban qüvvələrindən təmizləmək əlavə 4 ay çəkə bilər.
Onlardan dördü Marcah şəhərində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında gedən atışma zamanı ölüb