Accessibility links

Əfqanıstanda 900 seçki məntəqəsinin açılmayacağı deyilir


Əfqanıstanda 900 seçki məntəqəsinin açılmayacağı deyilir
Əfqanıstanda 900 seçki məntəqəsinin açılmayacağı deyilir

Rəsmilərin dediyinə görə, açılmaması nəzərdə tutulan seçki məntəqələri ölkənin cənub və şərq bölgələrindədir

Əfqanıstanın seçki komissiyası sentyabr ayının 18- nə təyin edilmiş seçkilərin 900 seçki məntəqəsinin çox təhlükəli bölgələrdə olduğu üçün açılmayacağını bildirmişlər. Rəsmilərin dediyinə görə, açılmaması nəzərdə tutulan seçki məntəqələri ölkənin cənub və şərq bölgələrindədir. Seçki komissiyası ümimiyyətlə 6 835 seçki məntəqəsinin açılacağını bildrimişdi. Ölkənin daxili işlər nazirinin müavini Munir Manqal hökumətin Taliban hücumlarının qarşısının alınması məqsədi ilə minlərlə kənd sakininin də polis və həbçilərə yardım etməyə çağırdığını deyib.

Dünən ölkənin cənub bölgəsindəki Daman mahalında intiharçının bomba hücumu nəticəsində polis rəisi öldü.

XS
SM
MD
LG