Accessibility links

Əfqanıstanda ABŞ-ın 5 əsgəri həlak olub


Hücumlar ölkənin cənubunda həyata keçirilib

NATO rəsmiləri bildirir ki, Əfqanıstanın cənubunda beynəlxalq qüvvələrin Taliban əleyhinə döyüşləri sürətləndirdiyi ərazidə baş vermiş iki müxtəlif bomba partlayışı zamanı ABŞ-ın 5 əsgəri həlak olub. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin bildirdiyinə görə, 4 nəfər partlayıcı maddələrin işə düşməsi nəticəsində ölüb. Bu, Taliban yaraqlılarının ən çox istifadə etdiyi metoddur. Daha sonra NATO başqa oxşar hücum zamanı daha bir əsgərin həlak olduğunu bildirib. Hücumların məsuliyyətini heç kəs öz üzərinə götürməyib. BMT baş katibi Ban Ki Mun dünən deyib ki, Əfqanıstan hökumətinin 2014-cü ilədək ölkənin təhlükəsizlik nəzərətini öz üzərinə götürməsi, idarəçiliyi inkişaf etdirməsi və korrupsiyaya qarşı mübarizəni gücləndirməsi uzun və çətin proses olacaq.

XS
SM
MD
LG