Accessibility links

Pakistanın şimal-qərb regionunda partlayış azı səkkiz nəfərin ölümü ilə nəticələnib


Bu gün baş verən partlayış qonşu Əfqanıstanda NATO qoşunlarına əsas təhcizat yolu olan Xayberdəki izdihamlı bazarı silkələyib

Rəsmilər bildirib ki, Pakistanın şimal-qərb regionunda partlayış azı səkkiz nəfərin ölümü ilə nəticələnib. Bu gün baş verən partlayış qonşu Əfqanıstanda NATO qoşunlarına əsas təhcizat yolu olan Xayberdəki izdihamlı bazarı silkələyib. Rəsmilər bildirib ki, bir mağaza yaxınlığında baş vermiş partlayış zamanı azı 14 nəfər yaralanıb. Təcavüzə görə məhsuliyyəti heç kim boynuna götürməyib. Əfqanıstan sərhədi boyu Pakistan qəbilə vilayətləri Taliban və əl-Qaidə ilə əlaqəli yaraqlıların sığınacaq tapdığı yer kimi tanınır. Xayber NATO-nun Əfqanıstana təhcizat yolunun bir hissəsi olduğu üçün, bu regionda təhlükəsizlik Vaşinqton üçün baş prioritet hesab edilir.

XS
SM
MD
LG