Accessibility links

Əfqanıstanda BMT-nin ofislərinə hücum olub (YENİLƏNİB)


Əfqanıstanda BMT-nin ofislərinə hücum olub (YENİLƏNİB)
Əfqanıstanda BMT-nin ofislərinə hücum olub (YENİLƏNİB)

Əfqan rəsmiləri BMT-nin Əfqanıstanın cənubundakı ofisi yaxınlığında intiharçı hücumunun beş nəfərin ölümünə səbəb olduğunu deyib.

BMT-nin qaçqınlar üzrə agentliyi UNHCR bugünkü intiharçı hücumu zamanı həlak olan beş nəfərdən üçünün təşkilatın işçisi olduğunu bildirib. Bundan başqa təşkilatın iki üzvü hadisə zamanı xəsarət alıb.

Hücumçulardan biri partlayıcı qurğu yerləşdirilmiş avtomobilini BMT-nin qaçqınlar üzrə agentliyi və qərargahı ABŞ-da yerləşən Beynəlxalq Yardım və İnkişaf təşkilatının yerləşdiyi binaların yaxınlığında partladıb.

Bu gün səhər baş vermiş partlayışın ardınca azı iki silahlı şəxs əraziyə daxil olaraq yaxınlıqdakı heyvanat tibbi klinikasını ələ keçirib. Əfqan rəsmiləri təqribən iki saat davam edən atışmadan sonra təhlükəsizlik qüvvələrinin hücumçuları öldürdüklərini bildirib.

Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

XS
SM
MD
LG