Accessibility links

Əfqanıstanda ABŞ-ın kəşfiyyat qərargahına hücum edilib


Əfqanıstanda ABŞ-ın kəşfiyyat qərargahına hücum edilib
Əfqanıstanda ABŞ-ın kəşfiyyat qərargahına hücum edilib

Əfqanıstandakı ABŞ səfirliyinin sözcüsü ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) yerləşən qərərgahda bir Amerika vətəndaşının öldürüldüyünü və başqa birinin yaralandığını deyib. Sözcü Gavin Sandval bu gün bildirib ki, ABŞ dövlətinə işləyən bir nəfər əfqan bazar günü Kabildə onlara hücum edib və öldürülüb. Rəsmilər paytaxtda baş vermiş bu hücumun motivini müəyyən edə bilməyiblər. Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Yaralı amerikalı həyat üçün təhlükəli olmayan xəsarətlərlə xəstəxanada yerləşdirilib.

XS
SM
MD
LG