Accessibility links

Əfqanıstanda dövlət orqanlarına hücumlar artıb


Əfqanıstanda dövlət orqanlarına hücumlar artıb
Əfqanıstanda dövlət orqanlarına hücumlar artıb

Əfqanıstanın cənubunda yolkənarı bomba partlayışı 8 uşaq daxil olmaqla 15 adamın ölümünə bais olub.

Rəsmilər Qəndəhar vilayətində baş verən hücum nəticəsində azı bir adamın yaralandığını bildirirlər.

Bu arada Lağman vilayətində partlayışı araşdıran polislər növbəti bomba hücumuna məruz qalıblar. İkinci hücum nəticəsində iki polis zabiti ölmüş, doqquz nəfər yaralanmışdır.

Əfqanıstanın şərqindəki Xost vialyətində polis intiharçının azı üç adamı öldürdüyünü deyir. Bunların arasında ikisi polisdir.

Ölkənin cənubunda baş verən döyüşdə bir NATO əsgəri həlak olub.

XS
SM
MD
LG