Əfqan rəsmilərinin bildirdiyinə görə, xəstəxanada bomba partlayışı və polis postuna hücum cəhdi qadın və uşaqların ölümünə səbəb olub. Əfqanıstanın Daxili İşlər Nazirliyi Uruzqan vilayətində yaraqlıların 8 yaşlı bir qıza bağlama verib, polisə çatdırmasını istədiyini bildirib. Bağlamadakı bomba işə düşüb, qız həlak olub.Əzra vilayətində xəstəxanada kamikadze hücumu 38 adamın ölümünə yol açıb. 50-dən çox adam yaralanıb.