Accessibility links

Əfqanıstanda qubernator iqamətgahına intiharçı hücumu olub


Əfqanıstanda qubernator iqamətgahına intiharçı hücumu olub
Əfqanıstanda qubernator iqamətgahına intiharçı hücumu olub

Əfqanıstanın şimalında intiharçı qubernatorun iqamətgahında özünü partladaraq azı 7 vilayət rəsmisi və NATO əsgərini öldürüb.

Taxar vilayətinin sözçüsü Amerikanın Səsinə bildirib ki, şənbə günün səhər Taloqanda baş verən partlayış nəticəsində qubernator da daxil olmaqla azı doqquz adam yaralanıb.

Əfqanıstanın şimalında polis komandiri olan general Davud Davud ölənlər arasındadır. Vilayət polisinin sözçüsü üç alman əsgərinin həlak olduğunu bildirib.

Bu arada Əfqanıstan prezidenti Həmid Karzay NATO qüvvələrinə xüsusi əməliyyatlara və gecə reydlərinə son qoymağa göstəriş verib. Cənab Karzay bildirib ki, bu növ missiyalar yerli əfqan qüvvələri tərəfindən həyata keçirilməlidir.

XS
SM
MD
LG