Accessibility links

Əfqanıstanda Quran yandırmaq planına qarşı etiraz aksiyası keçirilib


Əfqanıstanın şimalında minlərlə əfqan amerikalı pastorun Quran yandırmaq planlarına etiraz edib. Əfqanıstanın Bədəxşan vilayətinin Feyzabad şəhərinin minlərlə sakini orucluq bayramı münasibətilə namaz qıldıqdan sonra Floridalı keşiş Terri Counsun Quranın nüxsələrini yandıracağı hədəsinə qarşı etiraz aksiyası keçirib. Polisin dediyinə görə nümayişçilərin bəzisi NATO-nun ərazidəki kiçik bazasına daş atmışlar. Təhlükəsizlik qüvvələri dərhal nizam-intizamı bərpa edib.

XS
SM
MD
LG