Accessibility links

Əfqanıstanda Taliban yaraqlıları polis məntəqəsinə hücum edib


Əfqan rəsmiləri bir qrup Taliban yaraqlısının Əfqanıstanın şimalşərqində polis məntəqəsinə hücum edərək azı dörd polis zabitini öldürdüyünü və 16 nəfəri ələ keçirdiyini deyib. Hücumun dünən ölkənin Pakistan, Tacikistan və Çinlə sərhədində yerləşən Badakşan vilayətində gecə saatlarında baş verdiyi deyilir. Vilayətin Qubernatorunun müavini Şams ul-Rəhman müxbirlərə hadisədə əlavə iki polis zabitinin yaralandığını deyib.

Hal-hazırda beynəlxalq döyüş qoşunları Əfqanıstandan çıxmasi prosesi davam edir və 2014-cü ilədək ölkənin təhlükəsizliyinə tam məsuliyyət əfqan qüvvələrinin nəzarətinə keçəcək.

XS
SM
MD
LG