Accessibility links

Oğurlanmış britaniyalı həkim Pakistanda qətlə yetirilib


Pakistanda dörd aydır yaraqlılar tərəfindən oğurlanan britaniyalı həkimin cəsədi Quetta şəhəri yaxınılğında aşkar edilib.

Həkimin çalışdığı Qırmızı Xaç cəmiyyətinin rəsmiləri bildirib ki, Quettada bir ilə yaxın səhiyyə proqramlarının icrası ilə məşğul olan 60 yaşlı Xəlil Raced Deyl yanvarın 5-də işdən evə qayıdarkən oğurlanmışdır. Onu ələ keçirənlərin şəxsiyyəti məlum deyil.

Quetta polisinin verdiyi məlumata görə, cəsədin yanında tapılmış məktubda Taliban qətlə görə məsuliyyəti öz üzərinə götürərək, həkimin tələb olunan məbləğ ödənmədiyi üçün öldürüldüyünü bildirir.

Qırmızı Xal Cəmiyyəti həkimin qətlini vəhşilik aktı adlandıraraq qınamış, Britaniyanın Xarici İşlər naziri Vilyam Heyq isə bunun qəddarlıq aktı olduğunu demişdir.

Pakistanın Bəlucistan vilayətinin paytaxtı olan Quetta Əfqanıstanla sərhəddə yerləşir. Qırmızı Xaç cəmiyyətinin Əfqanıstanda müharibədə yaralananları müalicə etmək üçün Quettada bir neçə xəstəxanası fəaliyyət göstərir.

XS
SM
MD
LG