Əfqanıstanda hər dəfə daha da çox yaraqlı qadın geyimi geyərək təhlükəsizlik qüvvələri tərəfindən həbsə alınmaqdan yayınmağa cəhd edir. NATO-nun sözlərinə görə ötən günlərdə əfqan və koalisiya qüvvələri qadın bürgəsi geymiş yaraqlı lideri həbs edib. Koalisiya qüvvələri Özbəkistan İslamçı Hərəkatının liderinin dünən axşam Kunduz vilayətində keçirilmiş əməliyyat zamanı həbsə alındığını bildirib. Yaraqlı komandan intiharçı hücumlar da daxil olmaqla bir çox hücumlar planlaşdırmaqda təqsirli bilinir.
Əfqanıstanda yaraqlılar qadın libası altında təhlükəsizlik qüvvələrindən yayınmağa çalışırlar
- Amerikanın səsi