Əfqanıstandakı NATO qüvvələrinin bildridiyinə görə, ölkənin şimalındakı Coujan vilayətinin Darzab mahalında yaraqlılarla baş verən qarşıdurma zamanı 3 əfqan polisi təsadüfən öldürülüb, bir neçəsi isə yaralanıb. Beynəlxalq alyans təhlükəsizlik qüvvələrinin yaraqlılar tərəfindən hücuma məruz qalmasından sonra havadan yardım istənildiyini və iki hərbi bvertolyotun köməyə gəldiyini deyir. Hadisədən sonra aparılan təhqiqat hava hücumları zamanı təsadüfən ölənlərin Əfqanıstanın Milli Polis işçiləri olduqlarını təsdiq edib.
NATO-nun digər xəbərində isə ölkənin cənubunda, Talibaların nəzarəti altında olan bölgədə yaraqlıların iki əsgəri qətlə yetirdiyi deyilir.