Əfqanıstan rəsmiləri xəbər verir ki, bu gün ölkənin cənubunda daş kömür mədəninin bir qrup işçisini aparan avtobus yol kənarına yerləşdirilmiş bombaya dəyərək partlayıb. Əfqanıstanın səhiyyə rəsmiləri Qəndəhar vilayətində baş verən partlayış nəticəsində 4 nəfərin həlak olduğunu, 10 nəfərdən çoxunun yaralandığını deyirlər.
Bununla yanaşı, Əfqanıstanın cənubundakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin məlumatında bildrilir ki, bu gün təşkilatın bir üzvü qətlə yetirilib. Yardım qrupunun üzvlərinin eləcə də, bomba materialları və şəkillərə malik olan bir şəxsi ələ keçirdikləri bildirilir. NATO qüvvələrinin də Xost vilayətinin Sabari mahalında bomba quraşdıran bir şəxsi saxladıqları deyilir.