Accessibility links

Fransa, İngiltərə və Almaniya İran nüvə razılığının Rusiyanın tələblərinə görə iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edirlər


Fransa, Britaniya və Almaniya martın 12-də Rusiyaya xəbərdarlıq edib ki, onların İranla ticarətinə zəmanət verilməsi ilə bağlı tələbləri demək olar ki, tamamlanan nüvə razılığını iflasa uğratmaq riski lə üz-üzə qoyur.

“Heç kim JCPOA-dən ayrı olan zəmanətlər almaq üçün JCPOA ilə bağlı danışıqlardan sui-istifadə etməyə çalışmamalıdır,” Birgə Hərtərəfli Fəaliyyət Planı və ya JCPOA adlanan razılığın E3 adlı avropalı tərəfləri birgə bəyanatda bildirib.

“Bu, razılığı iflasa uğratmaq, İran xalqını sanskiyaların aradal qaldırılmasından, beynəlxalq ictimaiyyəti isə İranın nüvə proqramı ilə bağlı zəmanətlərdən məhrum etmək riski daşıyır,” onlar əlavə edib.

Bəyanat Avropa İttifaqının xarici işlər idarəsinin rəhbəri Vyanada danışıqlara “kənar amillər” səbəbilə fasilə verilməli olduğunu deməsindən bir gün sonraya təsadüf edib.

Moskva keçən həftə Qərbin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar tətbiq etdiyi sanksiyalarının İranla Rusiya arasında iqtisadi və hərbi münasibətlərə zərər vurmayacağına dair zəmanətlər tələb edib.

Birləşmiş Ştatlar və Avropa ölkələri bu tələbləri rədd edib və deyib ki, onların sanksiuyaların qaldırıması müqabilində Tehranın həssas nüvə fəaliyyətlərini məhdudlaşdıran nüvə razılığının bərpası ilə əlaqəsinin olmadığını deyib.

Rəsmilər deyib ki, onlar danışıqların növbəti günlərdə bərpa olunacağına ümid edirlər.

Avropa İttifaqının yüksək səviyyəli rəsmisi martın 11-də Reuter-ə deyib ki, Vaşinqtonla Tehran arasında hələ ki, həll olunmayan iki-üç texniki məsələ qalıb, amma onlar tez bir zamanda həll oluna bilər.

XS
SM
MD
LG