Accessibility links

ÜST: Fransada meydana çıxan yeni koronavirus variantı hələ təhlükə doğurmur


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda Fransada aşkar edilən yeni koronavirus variantının hazırda narahatlığa əsas vermədiyini bildirib.

Marsel şəhərində yerləşən IHU Mediterranee İnfection fondunun alimlərinin dediyinə görə, dekabr ayında Marsel yaxınlığında yaşayan 12 xəstədə yeni B.1.640.2 variantı aşkar edilib və ilk xəstənin testi mərkəzi Afrika ölkəsi Kameruna səyahət etdikdən sonra müsbət çıxıb.

Yeni variantda 46 mutasiya aşkar edən tədqiqatçılar mənsub olduqları institutun adına onu "IHU" adlandırırlar.

Fransız komandası araşdırmaların nəticələrini elmi medRxiv onlayn jurnalında dərc edib.

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 İnsidentləri meneceri Əbdi Mahmud bu həftənin əvvəlində Cenevrədə jurnalistlərə bildirib ki, IHU variantı alimlərin diqqətində olsa da, Marseldə qapalı olaraq qalır və BMT-nin Səhiyyə Agentliyi tərəfindən "narahatlıq doöuran variant" kimi qiymətləndirilməyib.

Bu arada, səhiyyə üzrə beynəlxalq müdafiəçilər və ekspertlər qrupu yüksək yoluxucu omikron variantının yayılmasının qarşısını almaq üçün bu il dünya boyu 22 milyard dozada mRNT peyvəndi tətbiq edilməsini tələb edib. Komanda proqnozlaşdırılan 7 milyard dozadan iki dəfə çox, əlavə 15 milyard doza mRNT vaksinin istehsalına çağırıb.

Hesabatda deyilir ki, Pfizer və Moderna tərəfindən istehsal olunan mRNT peyvəndləri bir neçə varianta qarşı müdafiəni nümayiş etdirib.
Belə ki, bu peyvəndlər insanlarda immun sisteminin virusa yoluxmuş hüceyrələrini öldürən və onların təkrarlanmasından qoruyan T-hüceyrələri vasitəsilə çarpaz immuniteti təmin edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG