Accessibility links

Parisi ziyarət edən turistlər fransalılara dəstək olmağa çalışır [Video]


Parisi ziyarət edən turistlər fransalılara dəstək olmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:08 0:00

II Dünya Müharibəsindən bəri ən dəhşətli hücumlardan birindən sonra Parisin hələ yas saxladığı vaxt, ölkənin iqtisadiyyatının asılı olduğu turistlər də fransalılara dəstək olmağa çalışır.

Fransa paytaxtına ictimai dəstəyi açıq-aydın görmək olur. Parisə hər il 30 milyondan çox turist səfər edir. Lakin turizm biznesi ilə məşğul olanlar terror hücumlarının ziyarətçilərin sayının azalmasına gətirib çıxara biləcəyinədən ehtiyat edir. “Bu belə davam edərsə, bilirsiniz nə olar. Biz bu şəhərdə turistlərin səbəbinə dolanırıq. Bildiyiniz kimi, bu şəhərin iqtisadiyyatının əsas mənbələrindən biri turizmdir” deyə, turistlərə velosipedlə tur verən Məhəmməd Nəcşeyit bildirir.

Təhlükəsizlik tədbirləri gücləndirilib və turistlərin getdiyi bəzi yerlər müvəqqəti olaraq bağlanıb. Qonaqların sayı azalsa da, ziyarətçilər Parisin Notrdam kilsəsi kimi məşhur yerlərini ziyarət etməkdə davam edir.

Bəziləri Birləşmiş Ştatlarda 11 sentyabr terror hücumlarından sonra qorxu hisslərini xatırlayır. “Mən təsəvvür edə bilmirəm ki, turistlər mənim şəhərimdə özlərini necə hiss edirlər. Mən əminəm ki onlar qorxur. Lakin mənim yadımdadır, səhəri gün mən ərzaq mağazasına getməli və maşımını küçəni təmizlədikləri üçün yerindən çəkməli idim. San Fransiskoda hər gün görməli olduğumuz işləri görürdürk, indi də parislilər bunu edir" deyə. San-Fransiskodan professor Doun Mabalon bildirir.

Bəzi turistlər ehtiram əlaməti olaraq intiharçının bomba hücumu nəticəsində 80 nəfərin öldüyü Bataklan teatrının qarşısına gəlir. Türkiyədən turist Mustafa Etkatürk isə deyir ki, o, onların hansı hissləri keçirdiyini başa düşürür, çünki Ankarada da bomba hücumu olub. O zaman o, dostlarnı itirdiyini deyir.

Müxtəlif ölkələrdən gələn ziyarətçilər baş verən zorakılıqdan dəhşətə gələn parislilərlə həmrəylik nümayiş etdirir. “Burada insanlara dəstək, iqtisadiyyata dəstək, buradakı həyata dəstək verilməlidir. Heç nəyi dəyişməyin, belə davam edin” deyə, danimarkalı biznesmen bildirir.

Fransa adətən dünyada ən çox ziyarət olunan ölkədir. Terror hadisəsinin acısına baxmayaraq, hamının sevdiyi Paris yavaş-yavaş özünə gəlir.

XS
SM
MD
LG