Accessibility links

Fransa prezidentliyinə namizəd Pekres Azərbaycan prezidenti ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə təqdim edib


Makron və Pekres
Makron və Pekres

Fransa prezidentliyinə namizəd, İl-de-Frans əyaləti şurasının sədri Valeri Pekres Azərbaycan prezidenti İlham Əliyev tərəfin “qisas almaq”la hədələməsinə görə hüquq-mühafizə orqanlarına şikayət edib. Bu barədə “Europe 1” radiostansiyası xəbər verir.

Qalmaqal Pekressin keçmiş Avropa komissarı Mişel Barniyer və “Respublikaçılar” fraksiyasının rəhbəri Bruno Retayonun müşayiəti ilə dekabrın 20-23-də Ermənistana səfərindən sonra başlayıb. Dekabrın 23-də Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın müvəqqəti işlər vəkilinə “Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycanın Xankəndi [Stepanakert] şəhərinə qanunsuz səfəri ilə bağlı" etiraz notası təqdim edib və burada Pekress və ətrafını “qara siyahı”ya saldıqlarını da bildiriblər.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli mediaya müsahibəsində Valeri Pekresin Dağlıq Qarabağa gizli şəkildə daxil olduğunu bildirib. O qeyd edib ki, səfərdən əvvəl bilsəydi, onu oradan çıxmağına imkan verməzdi. "Onlar ora gizli gedib gəliblər və səfərləri ilə bağlı xəbər yalnız qayıdandan sonra çıxıb. Yəqin qorxublar ki, Laçın dəhlizində onları saxlayacağıq" – deyə, o əlavə edib.

Yanvarın 18-də Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deputatların suallarını cavablandırarkən deyib ki, İlham Əliyevin bəyanatları “forma və mahiyyətcə qəbuledilməzdir”. Departament rəhbərinin dediyi kimi, o, gözləyir ki, bundan sonra Fransa parlamentinin üzvləri və rəsmiləri səfərləri barədə hakimiyyətə məlumat verəcəklər.

Ertəsi gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva onun sözlərinə cavab verib. O, Le Drianın şərhini "məsuliyyətsiz və qəbuledilməz" adlandırıb. Abdullayeva hesab edir ki, o, “diplomatik ənənələri pozub”.

Onun sözlərinə görə, Pekressin Fransa prezidentliyinə namizədliyi ona Azərbaycan qanunlarını pozmaq imtiyazı vermir. O, həmçinin əlavə edib ki, “əcnəbi vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz daxil olduqda onlara qarşı ya inzibati qaydada, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun tədbirlər görülür”.

XS
SM
MD
LG