Accessibility links

Fransa prezidenti səsvermənin ilk turunda az fərqlə qalib gəlib


Fransanın hazırkı prezidenti Emmanuel Makron və ifrat sağçı lider partiyanın lideri Marin Le Pen bazar günü seçkilərin birinci turundan sonra aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turunda üz-üzə gələcəklər.

Səslərin 90%-dən çoxunun hesablandığı, Makron səslərin təxminən 27%-ni, Le Penin 24%-ni qazandığı bildirilib.

Seçkiqabağı sorğuların ikinci turda Makron və Le Penin əsas rəqiblər olacağını ehtimal edildiyini göstərdiyi şəraitdə təhlilçilər seçici fəallığının aşağı olacağından ehtiyat edirdilər.

Parisin şimal-şərqində günorta saatlarında bəzi seçki məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

Seçici fəallığı isə gözləndiyindən daha yüksək olub və təxminən 75% təşkil edib.

Makron Le Penlə beş il əvvəl ikinci turda qarşılaşmış və səslərin təxminən üçdə ikisini qazanaraq, ikinci turda qalib gəlmişdi. Təhlilçilər bu dəfə nəticənin müəyyən olmadığını deyir.

XS
SM
MD
LG