Accessibility links

Fəranək xanım Fəridi Təbrizin İnqilab Məhkəməsində mühakimə olundu


Fəranək xanım Fəridi Təbrizin İnqilab Məhkəməsində mühakimə olundu
Fəranək xanım Fəridi Təbrizin İnqilab Məhkəməsində mühakimə olundu

Güney Azərbaycan Xəbər Mərkəzi, HRANA və başqa bir neçə xəbər mənbələri Təbrizli Fəranək xanım Fəridin İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olması barədə xəbər verirlər. İddia olunur ki, Fəranək xanımın mühakiməsində bir çox azərbaycanlı fəal xanımlar və xanım vəkillər iştirak etdi.

Fəranək xanım Azərbaycanlı bir yazar və İranda tanınmış bir qadın haqları çalışqanı və eyni halda azərbaycanlıların dil haqları və istəklərindən müdafiə edən, yazar, şair və fəaldır. İnqilab məhkəməsi onu “nizamın ziddinə təbliğat ” və “İranın dini və siyasi ali lideri Ayətullah Əli Xameneyə, təhqir” ittihamlarilə mühakimə etdi.

Xəbərdə deyilir ki, məhkəmə “nizamın ziddinə təbliğat” ittihamına, Fəranək xanımın İrandan xaricdəki çıxışlarını (süxənranlıqları) və mediaya verdiyi müsahibələri və yazdığı məqalələri dəlil olaraq göstərib.

Fəranək xanım isə bildirib ki, bu çıxışlar, müsahibələr və yazıların hamısı İran qadınlarının haqlarından müdafiə dir və mükafatlanmasada, cəzalandırılmamalıdır.

Ona qarşı irəli sürülünən, digər ittiham Ayətullah Əli Xaməneyinin gülməli şəkilləri ilə əlaqədardır. İttilaat məmurları bu şəkilləri Fəranək xanımı tutandan sonra onun şəxsi kamputerində tapdıqlarını deyirlər. Onun dediyinə görə isə bu şəkillər internet saytlarından onun şəxsi komputerinə yüklənib və ona aid olan şəkillər deyil.

Fəranək xanım Fərid bir müddət əvvəldə Təbriz şəhərinin Umumi məhkəməsində “umumi nizamı pozmaq“ ittihamı ilə mühakimə olmuşdu amma o mühakimənin nəticəsi bildirilməyib.

Umumi məhkəmə, Fəranək xanımı Urmu gölünün qurumasına qarşı etiraz numayişlərində tutulduğuna görə mühakimə etmişdi. Fəranək xanım, İran parlamenti, Urmu Gölünə su yetirmək layihəsini rədd edəndən sonra keçirilən etirazlarda və Təbriz şəhərində tutulmuşdu. O, 41 gün ittilaat idarəsində və bir nəfərlik hücrələrdə saxlanmış dindirilmişdir.

Fəranək xanım İranda xanımların haqlarından və kişilərlə bərabər haqlara malik olmaq uğurunda fəal və tanınmış bir şəxs və eyni halda yazar və mütərcim dir ki, onun indiyə qədər üç kitabı nəşr olub. O, İran və Azərbaycan xanımları adına, həm İranın şəhərlərində həm də müxtəlif ölkələrdə çıxışlar edən, azərbaycanlı və İranlı xanımların tələblərini müdafiyə etməkdən əlavə, xanımların üzləşdiyi çətinliklərə də diqqəti cəlb edib.

XS
SM
MD
LG