Accessibility links

İranda azərbaycanlı fəallar saxlanıb


İranda azərbaycanlı fəallar saxlanıb
İranda azərbaycanlı fəallar saxlanıb

Saxlanan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizlər Mehdi İslami, Əjdər İslami və Məhəmməd Xakpurun tutulduğu bilinib.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları Mehdi İslami və Əjdər İslamini fevralın 18-də evlərindən aparıblar. Fəallar tutularkən valideynlərinin gözü qabağında döyülüblər. Evdə axtarış aparılıb, fəallara məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Məhəmməd Xakpuru da ETTELAAT əməkdaşları tutub.

Saxlanan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.

XS
SM
MD
LG