Accessibility links

Fransa məhkəməsi Azərbaycan hökumətinin iddiasına baxacaq


Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalistinə qarşı iddiasına baxacaq.

Həmin jurnalistlər defamasiyada ittiham olunur. Beynəlxalq media qurumu isə bu iddianı Bakının "Fransaya senzuranın ixracı" cəhdi adlandırıb.

Parisin Nanter bölgəsində yerləşən məhkəmədə Elise Lucet və Laurent Richarda qarşı iddiaya baxılacaq.

Jurnalistlər Azərbaycan hökumətini iki il öncə "diktatura" adlandırmaqla ona böhtan atmaqda suçlanırlar. Hadisə Fransanın o zaman prezidenti Fransua Hollandın Azərbaycana səfəri zamanı baş vermişdi.

2015-ci ilin sentyabrında "France 2" televiziyası ilə yayımlanan araşdırma proqramında Lucet Azərbaycanın "dünyanın ən qəddar diktaturaları"ndan biri olduğunu söyləyib.

Richard isə "France Info" radiosuna müsahibəsində Azərbaycana "diktatura" deyib.

2014-cü ilin mayında o, Bakıdan çıxan zaman qısa müddətə saxlanmış və avadanlıqları əllərindən alınmışdı.

"Sərhədsiz Reportyorlar" Təşkilatının (RSF) Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr məhkəmədə fransalı jurnalistlərin müdafiəsi məqsədiylə ifadə verəcək. Digər şahidlər azərbaycanlı jurnalist Aqil Xəlil və insan haqları fəalları Leyla və Arif Yunuslardır.

A.Xəlil "Azadlıq" qəzetinin əməkdaşı olub, bir neçə hücumdan sonra 2008-ci ildə Fransaya qaçıb. Leyla və Arif Yunuslar 2016-cı ildə Niderlanda gediblər. Onlar daha öncə ölkədə iqtisadi ittihamlarla 18 ay həbs cəzası çəkiblər.

RSF fransalı jurnalistlərə qarşı iddianı "Azərbaycan hökumətinin azad sözə nifrətini sərgiləyən qorxutma cəhdi" adlandırıb.

"Ölkədə plüralizmin kökünü kəsməklə gözü doymayan rejim indi də xaricdəki tənqidçilərini hədəfə alır", – Parisdə mənzillənən media qurumu sentyabrın 4-də bildirib.

"Sadəcə söz azadlığı hüququndan yararlandığına görə iki fransalı jurnalisti məhkəməyə verməklə Azərbaycan hökuməti tənqidə tamamilə dözümsüzlüyünü sərgiləmiş oldu. Bakının Fransaya senzura ixrac etməsinə yol verməməliyik", –RSF-in baş katibi Christophe Deloire deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG