Accessibility links

Fransa Afrika Buynuzu yarımadasına 400 ton ərzaq məhsulu göndərib


Fransa Afrika Buynuzu yarımadasına 400 ton ərzaq məhsulu göndərib
Fransa Afrika Buynuzu yarımadasına 400 ton ərzaq məhsulu göndərib

Quraqlıqdan və aclıqdan əziyyət çəkən Afrika Buynuzu yarımadasına təxminən 400 ton ərzaq məhsulu daşıyan gəmi Fransadan yola düşüb. BMT Dünya Ərzaq Proqramı Fransa gəmisinin 22 min insanı bir ay ərzaqla təmin etmək üçün kifayət qədər un, şəkər, düyü və yağ daşıdığını deyib. Ərzaq fransalı biznesmen və təşkilatlar tərəfindən bərabər ianə edilib və Dünya Ərzaq Proqramının Somalidə keçirdiyi yardım əməliyyatları üçün istifadə olunacaq. Rəsmilər ərzaq daşıyan gəminin yarımadaya 12 günə çatacağını ehtimal edirlər.

XS
SM
MD
LG