Accessibility links

Fransada daşqın 13 nəfərin ölümünə səbəb olub


Fransa rəsmilərinin bildirdiyinə görə, gözlənilmədən baş verən daşqın azı 13 nəfərin ölümünə səbəb olub. Bir nəfəri ölkənin cənub-şərqindəki Od prefekturasında sel aparıb.

Od rəsmisi Alan Tiryon deyib ki, bir neçə saatda bölgəyə yağan yağış bir neçə ay yağan yağışın həcmi qədər olub.

BFM televiziyasına vediyi müsahibədə Tiryon evlərinin damına çıxan insanların vertolyotlar tərəfindən xilas edildiyini deyib.

Suyun səviyyəsini izləyən Vigicrues (Vizikru) monitorinq agentliyi Od çayındakı suyun səviyyəsinin son 100 ildə ilk dəfə daşqın səviyyəsinə çatdığını bildirib.

Konki-sü-Obrie və Vilyardone şəhərlərində suyun səviyyəsi bəzi evlərdə birinci mərtəbənin pəncərəsinə qədər çatıb.

XS
SM
MD
LG