Accessibility links

Minlərlə fransız insan Makronun “qəddar” iqtisadi siyasətinə etiraz edir


Parisin şərq hissəsində minlərlə etirazçı sərt təhlükəsizlik tədbirləri fonunda nümayişlər keçirib. Bu, Fransanın həmkarlaq ittifaqları, solçu siyasi partiyalar və vətəndaş hüquqları qruplarının prezident Emmanuel Makronun iqtisadi siyasətinə etiraz çağırışlarından sonra baş verib.

Oxşar nümayişlər və yürüşlər Fransanın onlarla digər şəhərində keçirilib. Etirazçılar Makronun siyasətini biznez meylli və “qəddar” adlandırır.

1,500-dən çox polis əməkdaşı rəsmi etirazla əlaqəsi olmayan fəalların yürüşə zərər vurmasının qarşısını almaq məqsədilə Fransanın paytaxtında səfərbər olunmuşdu. Bu cür hallar daha öncəki etirazlar zamanı dəfələrlə baş verib.

Polisdən verilən məlumata görə, nümayişlər başlamaqdan öncə və nümayiş zamanı 35 nəfər saxlanılıb.

Həmkarlar ittifaqları, müxalifət partiyaları və digər qruplar Makronun rəhbərlik etdiyi qanunvericilik təşəbbüslərini tənqid edir. Onların fikrincə bu siyasət işçilərin müdafiəsini azaldır və polis qüvvələrinə daha çox səlahiyyət verir.

Etirazçıların fikrincə, Makronın vergi islahatı ölkənin ən zəngin qisminin xeyrinə işləyir və ictimai xidmətləri məhdudlaşdırır.

Sabiq bankir Makron deyir ki, iqtisadi dəyişikliklər Fransanın qlobal rəqabətliyini təmin edilməsi üçün nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG