Accessibility links

Fransa İslam Dövlətinə qarşı hərbi əməliyyatlardakı rolunu genişləndirir


Fransa prezidenti Frasua Olland ölkəsinin İslam Dövlətinə qarşı hərbi əməliyyatlardakı rolunu genişləndirir.

Fransa Yaxın Şərqə texniki baxımdan mükəmməl təyyarədaşıyan gəmi göndərib.

Olland beynəlxalq ictimaiyyəti İraq və Suriyada bu qrupa ləng cavab verməkdə günahlandırıb.

Dünən Fransa qanunvericiləri İraqda İslam Dövlətinə qarşı hava hücumlarında iştirak müddətinin artırılmasına qərar verib. Bu addım Parisdə 17 adamın ölümünə yol açan hücumlardan sonra atılır.

Milli Assambleyada çıxış edən baş nazir Manuel Valls deyib ki, Fransa dinə qarşı deyil, ekstremizmə qarşı müharibə aparır. O, Fransanın terrorizm, cihad və radikal islam əleyhinə müharibə apardığını bildirib. Baş nazir Frandanın vətəndaşlarını müdafiə edəcəyini deyib.

Parlamentin aşağı palatası tərəfindən İslam Dövlətinə qarşı hava hücumlarında iştirak müddətinin artırılmasına dair qərar artıq təsdiq edilib.

Avropanın polis təşkilatı Avropolun bildirdiyinə görə, 5 mindən artıq avropalı Suriyadakı döyüşlərdə iştirak edir. Bu isə onların vətənlərinə qayıtdığl təqdirdə terror hücumlarına əl atacağı ehtimalını yüksəldir.

XS
SM
MD
LG