Accessibility links

Fransada girov hadisəsində həyatını itirən polis zabiti dəfn edilib


Emmanuel Makron Arno Beltramın qəhrəman kimi həlak olduğunu deyib

Fransada supermarketdəki girov hadisəsində həyatını itirən polis zabitinin xatirəsi anılıb.

Prezident Emmanuel Makron bu gün təşkil edilən mərasimdə leytenant-polkovnik Arno Beltramın qəhrəman kimi həlak olduğunu deyib.

Bu gün ölkədə onun xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Fransanın Milli Assambleyasında da bir dəqiqəlik süküt elan edilib.

Arno Beltram
Arno Beltram

Ötən cümə günü həyata keçirilən hücum zamanı 3 adam öldürülüb. Hücumun məsuliyyətini 25 yaşlı Mərakeş əsilli Radon Lakdim və İslam Dövləti qrupu daşıyır.

Hücumçu ilk öncə maşın oğurlayaraq, sərnişini öldürüb, sürücünü yaralayıb. Daha sonra o, maşını polis işçilərinin üstünə sürüb.

Bununla sakitləşməyən hücumçu supermarketə daxil olaraq, bir neçə adamı girov götürüb. Beltramın girovlardan biri ilə mübadilə edilməsi tələbini hücumçu qəbul edib.

Telefon xəttini açıq saxlayan polis zabiti həmkarların nə baş verdiyi ilə xəbərdar edib. Silah səsləri eşidən polis işçiləri supermarketə hücum edərək, girovdarı öldürüb.

XS
SM
MD
LG