Accessibility links

Fransa BMT-nin Təhlükəsizlik Şurasından təcili iclas keçirməsini istəyib


Emmanuel Makron
Emmanuel Makron

Fransa Afrikadan olan miqrantların kölə kimi satıldığını iddia edərək BMT-nin Təhlükəsizlik Şurasından təcili iclas keçirməsini istəyib.

Fransa prezidenti Emmanuel Makron Qvineya prezidenti və Afrika İttifaqı başçısı Alfa Konde ilə görüşdükdən sonra ötən həftə ABŞ-ın CNN telekanalında yayımlanan miqrantların hərracda kölə kimi satıldığı nümayiş etdirilən görüntülərini “qalmaqallı” və “qəbuledilməz” adlandırıb.

"Şübhəsiz Fransa buna dərhal etiraz etdi. Biz hadisə ilə bağlı bir çox işlər görəcəyik. Fransa BMT-nin Təhlükəsizlik Şurası ilə birlikdə Liviyadakı miqrantların vəziyyətinin yaxşılaşdırılması tədbirləri həyata keçirəcək. BMT Təhlükəsizlik Şurasında artıq dünən bu barədə müzakirələr başlayıb. Müzakirələrin sonunda konkret qərar və qətnamələr verilməlidir. Mən bu cür cinayətləri törədən qaçaqmalçılara qarşı mübarizə apararaq, onların şəbəkələrini məhv etmək üçün regiondakı ölkələrlə əməkdaşlıq etmək əzmindəyəm” - deyə, Fransa prezidenti Emmanuel Makron bildirib.

Hesabatda Tripolidə satılan miqrantların fiziki zorakılığa məruz qaldığı iddia edilir.

XS
SM
MD
LG