Accessibility links

Jan-İv Le Drian İranı iki Fransa vətəndaşının dərhal azad edilməsinə çağırıb


Fransanın xarici işlər naziri Jan-İv Le Drian İranı iyun ayından həbsdə saxladığı iki Fransa vətəndaşının dərhal azad edilməsinə çağırıb.

“Biz həbsləri qəbuledilməz hesab edirik. Prezident Həsən Ruhani də daxil edilməklə, İranın yüksək səlahiyyətli rəsmilərinə bunu bildirmişik” - deyə, Le Drian LCI and RTL və Le Figaro qəzeinə müsahibəsi zamanı deyib.

Paris Universitetinin Böyük Səhraaltı region üzrə mütəxəssisi Roland Marşal iyun ayında İrana səfər edərkən həbs edilib.

Onu səfəri zamanı tərəfdaşı Fəriba Adelxah müşayiət edib.

İran rəsmiləri Adelxahın həbsinə dair açıqlamanı iyul ayında verib. Fransa və İran vətəndaşlığı olan bu alimin nədə ittiham edildiyi bildirilmir.

Marşalın həbsi barədə isə heç bir açıqlama verilməyib. Ona qarşı da nə kimi ittihamlar irəli sürüldüyü bəlli deyil.

Le Figaro yanvar ayında Adelxahın səhhətinin ağır olduğunu bildirmişdi. O, dekabr ayının 24-dən bəri açlıq aksiyası keçirir.

Marşalın da vəziyyətinin qeyri-stabil olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG