Accessibility links

Fransa prezidenti İtaliyanı mühacirləri qəbul etmədiyinə görə qınayıb


Çərşənbə günü təxminən 900 mühacir xilas edilərək İtaliya sahil keşik xidməti gəmisində Sisiliyanın Katania limanına çatdırılıb.

İtaliyanın yalnız bəzi mühacirlərə sığınacaq verən hökuməti immiqrasiya əleyhinədir.

Bu arada Fransa prezidenti Emmanuel Makron xilasetmə gəmisinin göyərtəsində olan yüzlərlə mühaciri geri dönməyə vadar etdiklərinə görə İtaliya hökumətini tənqid edib.

Makron deyib ki, İtaliya beynəlxalq qanuna görə əsasən Afrikanın Böyük Səhraaltı ölkələrindən olan mühacirləri qəbul etməlidir.

Yardım gəmisi hazırda İspaniyaya istiqamət alıb. Bu hadisə Avropada gərginliyi artırıb. Fransa baş verənlərdə İtaliyanı məsuliyyətsizlikdə ittiham edib.

Çərşənbə günü xilas edilən mühacirləri daşıyan İtaliya gəmiləri Kataniya limanına yan alarkən nümayişçilər əllərində “Qaçqınlara hücumları dayandırın!” sözləri yazılmış plakatlar qaldırıb.

XS
SM
MD
LG