Accessibility links

Ordu Fransa xəstəxanalarına koronavirusla mübarizədə yardım etməyə başlayıb


Fransa ordusu virusun yayılması ilə mübarizə aparıldığı vaxt xəstələrin sayının artması ilə xəstəxanalarda yaranmış vəziyyətə kömək məqsədilə koronavirusa yoluxan 6 ağır xəstəni ölkənin şərqindəki hərbi hospitala köçürüb.

Ağır xəstələrin cənub-şərqdəki Tulon şəhərində yerləşən hərbi hospitalların reanimasiyalarına köçürmək qərarı mütəxəssislərin koronavirus epidemiyasının mərkəzi olan, Fransanın şərqindəki Mulos və Kolmar şəhərlərində vəziyyətin kritik olduğunu bildirməsindən sonra verilib.

"Son üç gündə biz fövqəladə vəziyyətdə idik və davamlı axına görə xəstələri xəstəxanaya yerləşdirmək problemi ilə üzləşdik" - deyə, Reuters xəbər agentliyi bir həkimin qeydini şərh edib.

Fransa hökuməti çərşənbə axşamı son 24 saat ərzində yoluxanların və ölünlərin sayının təxminən 20 faiz artmasından sonra sülh dövründə 67 milyon sakininin evdən çıxmaması kimi görünməmiş bir vəziyyət tətbiq edib.

Virus Fransanı şərqində daha çok yayılb. Həkimlər gündə 10 yeni kritik hal, avadanlıq və maska çatışmazlığı, yorğunluq və xəstəxana işçiləri arasında yoluxanların sayının artması barədə məlumat verir. Onlar hansı xəstənin prioritet olacağına qərar verməyə başlamaq məcburiyyətində qala biləcəklərini deyir.

Fransa 5 minə yaxın reanimasiya çarpayısına malikdir. Fransadakı 7500 yoluxma halının 1800-dən çoxu Mulusdadır və onların sayı gündə 300 nəfər artır.

XS
SM
MD
LG