Emmanuel Makron Napolean Bonapart dövründən bəri Fransaya başçılıq edəcək ən gənc lider oldu. Makron hər kəsə firavanlıq vədi ilə qələbə qazanıb. Onun əsas çətinliyi isə kəskin fərqlərə malik olan qlobalistlər və millətçiləri bir araya gətirmək olacaq.
“Avropa və bütün dünya bizdən hər yerdə təhlükə altında olan maarifçilik ruhunu müdafiə etməyimizi gözləyir. Onlar bizdən dünyanın hər yerində azadlıqları qorumağımızı, əzilənləri müdafiə etməyimizi gözləyirlər. Onlar bizim ümid, insanpərvərlik gətirəcəyimizi, təhlükəsizliyin, azadlıqların və tərəqqinin təmin olduğunu, daha ədalətli, daha təmiz dünya gözləyirlər. Onlar bizdən dəyərlərimizə sadiq olmağımızı gözləyirlər.”
Təzyiqlər çoxdur. Respublika meydanında toplaşan yüzlərlə insan Makronun heç kəsin arxada qalmayacağı ilə bağlı verdiyi sözün üstündə dayanmasını tələb edirlər.
Bu qrup isə siyasi sığınacaq istəyən afrikalıların hüquqları naminə yürüş edir.
“Onlar təbii ki,
Le Penin məğlubiyyətindən məmnundurlar. Buna baxmayaraq, Makrona mövcud problemləri xatırlatmaq zamanıdır.”
“Onlar təbii ki, Le Penin məğlubiyyətindən məmnundurlar. Buna baxmayaraq, Makrona mövcud problemləri xatırlatmaq zamanıdır.”
Şüarların birində “Xoş gəlmisən Makron. Sənə güzəşt olmayacaq” yazılıb. Seçki qutularına 4 milyona yaxın boş bülleten atılıb. Etirazçılar Makronun işinin asan olmayacağına işarə edirlər.
“Biz ümid edirik ki, onun etmək istədiyinin qarşısını ala biləcək parlament çoxluğuna sahib olacayıq”
Makron bizneslərə meylli islahatlar, əmək bazarının yenidən tənzimlənməsi, liberal immiqrasiya siyasəti və daha çox iş yerlərinin açılmasını təmin etmək istəyir.
"Makron üçün vəziyyət o qədər də ürəkaçan deyil. Nə üçün? Çünki, onun arxasında yetkin bir siyasi partiya dayanmır.”
“Emmanuel Makron böyük üstünlüklə qalib gəlib. Amma, biz həm də seçkidə iştirak etməyənlərin, boş bülletenlərin normadan çox olduğunu nəzərə almalıyıq. Ona görə də Makron üçün vəziyyət o qədər də ürəkaçan deyil. Nə üçün? Çünki, onun arxasında yetkin bir siyasi partiya dayanmır.”
Almaniya lideri rahatlıq hiss ilə təbrik edir və köməyini təklif edir.
“Mən Fransaya işsizlik dərəcəsinin azaldılması, gənclərin iş tapmaq imkanlarının artırılmasında yardımçı olmaq istəyirəm. Biz görüşüb bunun yollarını birlikdə müzakirə edəcəyik.
Fransada parlament seçkiləri iyul ayında keçiriləcək. Bu seçkilərdə Makron vədlərini yerinə yetirmək üçün ona lazım olan dəstəyi alıb-almayacağı bilinəcək.