Fransanın liman Marsel şəhərinin polisi bu gün bir nəfərin mikro-avtobusu şəhərin avtobus dayanacağına sürərək, bir qadını öldürməsinin qəsdən törədilib-törədilmədiyini aydınlaşdırmağa çalışır.
Fransa mediası xəbər verir ki, mikro-avtobus sürücüsü qadını vurub öldürməzdən əvvəl maşını başqa bir avtobus dayanacağına sürüb və bir kişini yaralayıb.
Sürücünün hadisə yerində yaxalandığı deyilir.
Reuters xəbər agentliyinin polis mənbələrinə istinadən bildirdiyinə görə, həmin şəxsin hadisəni hansı səbəbdən törətdiyi barədə hələ məlumat yoxdur
Polisin Twitter səhifəsində hadisə ilə bağlı təhqiqat aparıldığı deyilib və sakinlərdən hadisənin törədildiyi yerdən uzaq durmaları xahiş edilib.