Accessibility links

Nitsada hücum zamanı 84 insan həyatını itirib


Fransanın Müstəqillik gününün qeyd edildiyi gün axşam Nitsa şəhərində yük maşınının sürücüsü sürətlə hərəkət edən maşınını kütlənin üzərinə sürüb. Nəticədə 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Hücumçu piyadaların yolu ilə 2 kilometr məsafəni qət etdikdən sonra polis tərəfindən güllələyərək öldürülüb və yük maşını dayanıb.

Heç kəs bizi terrorizmə qarşı mübarizədən sapdıra bilməz.
Fransua Olland, Fransa Prezidenti

ABŞ Dövlət Departamenti hücum zamanı iki amerikalının ölümünü təsdiqləyib.

Yerli rəsmiləri ölənlər arasında bir çox polis zabitinin də olduğunu söyləyib. Yaralananlardan 18-nin vəziyyəti ağır olaraq qalır.

Fransanın sahil şəhərində törədilmiş qətliamda ölənlər arasında 10 uşaq olub və 50-dən çox uşağın xəstəxanaya çatdırıldığı deyilir.

Hücumu törədən şəxsin 31 yaşlı əslən tunisli fransalı olduğu və onun Nitsa şəhərində yaşadığı müəyyən edilib.

Peyk şəkli Nitsada Promenade des Anglais xiyabanı boyunca irəliləyən yük maşınının marşrutunu göstərir.
Peyk şəkli Nitsada Promenade des Anglais xiyabanı boyunca irəliləyən yük maşınının marşrutunu göstərir.

Yerli polislər onu zorakı cinayətkar kimi tanıyırdı. Lakin o, milli təhlükəsizlik agentliyi tərəfindən terrorçuluq və ya ekstremizmdə şübhəli bilinmirdi.

Fransa prezidenti Fransua Holland bütün elementlərin hücumun terror aktı olmasına işarə etdiyini deyib.

Fransa lideri təhlükəsizlik rəsmiləri ilə Yelisey sarayında görüşərək belə halların qarşısının alnması üçün yolları müzakirə edib.

Baş nazir Valls sarayın qarşısında ictimayyət qarşısında çıxış edərək ölkədə üç günlük matəm elan edib.

Fransa Daxili İçlər Nazirliyi ölənlərin sayının 84 olduğunu və sürücünün polis tərəfindən öldürüldüyü xəbərini təsdiqləyib.

Zabitlər bir qədər sonra maşında partlayıcı maddələr, qumbaralar və digər silahların olduğunu bildirib.

ABŞ prezidenti Barak Obama terror hücumunu və günahsız insanların öldürlüməsini pisləyib.

Hadisə ilə bağlı təhqiqatları terror hadisələrini araşdıran Parisin prokurorluq ofisi aparacaq.

ABŞ prezidenti Barak Obama terror hücumunu və günahsız insanların öldürlüməsini pisləyib və ABŞ rəsmilərini Fransa rəsmilərinə hadisə ilə bağlı hər hansı lazımı dəstəyin göstərilməsinə çağırıb.

XS
SM
MD
LG