Accessibility links

Parislilər bayram alış-verişinı gec etməli olub


Parislilər bayram alışverişinı gec etməli olub
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Milada hazırlıqlar görən yalnız Santa Klaus deyil. Parislilər mağazalara çıxaraq, son bayram hədiyyələrini alır. Bayram mövsümündəki tıxaclar və iqdisadi vəziyyətə görə son zamanlar Parisdə keçirilən nümayişlərə görə sakinlər bayram alış-verişini hələ də davam etdirməyə məcbur qalıb.

Parisdə Milad bayramıdır və parislilər bayram süfrəsi üçün son alış-verişini edir. Mişelin Makardye: “Klassik süfrədə lanqust, fua-qra, hisə verilmiş qızıl balıq. Sonra isə dana əti ilə kartof. Ondan sonra pendir və dondurma.”

Yarım kq-mı 52 avroya olan omarları almaq üçün növbə düzülsə də, mağaza sahibi alış-verişin azaldığını deyir. Adətən bayram mövsümündə məşğul olan “İşıqlar şəhəri” ticarət mərkəzində son zamanlar baş verən nümayişlər və zorakılıqlar səbəbindən alış-veriş azalıb. Satıcı Katia Lauren: “Sarı jilet nümayışləri bizim biznesə, maliyyəyə, müştərilərə təsir etdi. Ya müştərilər gec gəlir, ya da heç gəlmir.”

Lakin parislilər etirazlara, zorakılıqlara baxmayaraq, Milad gecəsi küçəyə çıxdı. “Adətən mən alış-verişimi daha tez edirəm. Lakin son zamanlar Parisdə baş verənlərə görə bunu bayram günü etməyə məcbur oldum. Amma istədiyimi ala bildim. Hər şey çox yaxşıdır.”

Parisin məşhur “Printemps” mağazasında təkcə dekabr ayında satış 10 faizə qədər azalıb. Lakin alış-veriş edənlərin sayı azalsa da, Paris küçələri doludur. Milad əhval-ruhiyyəsi, bayram süfrələri mövsüm çöküşünü az da olsa aradan qaldırmış olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG