Accessibility links

Fransa rəsmiləri İŞİD-lə əlbir olanları axtarır, mümkün yeni hücumlardan ehtiyat edir


Fransada rəsmilər prezident Fransua Ollandın ölkəyə qarşı "müharibə aktı" adlandırdığı terror aksiyalarını törədənlərin müəyyən edilməsi səylərini gücləndirərək, hücumçuların daha bundan sonra yeni hücumlar həyata keçirə biləcəyindən ehtiyat edərək.

İslam Dövləti ekstremist qrupu Parisin altı müxtəlif yerində koordinasiya edilmiş hücumlara görə məsuliyyətini öz üzərinə götürüb. Terror aksiyaları nəticəsində azı 128 adam həyatını itirib və yüzlərlə adam yaralanıb. Səkkiz terrorçu hücumlar nəticəsində ölüb, lakin Paris ətrafında daha çox ekstremistin və ya da İŞİD davamçılarının olub olmadığı aydın deyil.

Fransa prezidenti Fransua Olland da Parisdə terror aksiyalarında Suriya və İraqda İslam Dövləti adı ilə tanınan qrupu ittiham edib.

Fransanın əks-terror idarəsinin rəsmiləri terror aksiyları zamanı ölən hücumçuların Fransa vətəndaşı olub-olmadığını, onların silahları haradan aldığı və ən mühümü, onların yeni hücum törədə biləcək davamçılarının olub-olmadığını müəyyən etməyə çalışır. Mümkün yeni zorakılıq aktının qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Açıqladığı bəyanatda terrorçu qrup Parisdə hücumların İraq və Suriyada qrupa qarşı hərbi hava əməliyyatlarına cavab olaraq keçirildiyini bildirib. Mesajda deyilir ki, Fransa və onun tərəfdarları "İslam Dövləti qrupunun hədəfləri siyahısında başda durur."

XS
SM
MD
LG