Accessibility links

Makronun partiyası parlament seçkilərinin ilk mərhələsində qələbə qazanıb [Video]


Makronun partiyası parlament seçkilərinin ilk mərhələsində qələbə qazanıb
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Fransada bazar günü keçirilən seçkilərdə fəallıq cəmi 41 faiz idi. Beş il öncəki seçkilərdə bu göstərici 48 faiz olmuşdu. Seçicilərin əksəriyyəti siyasətçilərə skeptik yanaşır.

“Onların hər dəfə verdikləri və həyata keçirmədikləri vədlər seçkilərdə iştirak etmək istəyən insanların sayını azaldır.”

Amma bəziləri deyir ki, yeni prezidentə şans verməyə dəyər.

“Biz heç zaman belə bir şeyin şahidi olmamışıq. Tanınmamış bir namizəd hakimiyyətə gəlir və onun yüzlərlə tanınmayan namizədləri parlamentə seçilir. Bu bir inqilabdır. Bunun nəticəsi yaxşı ola bilər. Hələ bunu bilmirik. Yaşayarıq, görərik.”

Makronun dəyişiklik və tərəqqi mesajlarına cəlb olunan seçicilər hesab edirlər ki, prezidentə vədlərini reallaşdırmaq üçün lazım olan dəstəyi vermək lazımdır.

“Çox vacibdir ki, prezident parlamentdə üstünlüyə sahib olsun. Əks halda o, Fransanı dəyişə bilməyəcək.”

Makron siyasi dəyişikliklər vədləri ilə prezident seçkilərində qalib gəlib. O, seçki kampaniyası dövründə deyirdi ki, indiki siyasət dəyişməli, xalqa daha yaxın və tərəqqiyə meylli olmalıdır. Lakin prezidentliyinin ilk günlərində kabinet üzvü Rişar Ferranın nepotizm ittihamları ilə istintaqa cəlb olunması Makron üçün problemlər yaradıb.

“Ünsiyyət, ictimai bəyanatlar, işə yanaşma və reputasiya baxımından Makronun kabineti çox düzgün yolda olduğu görünür. Təbii ki, Rişar Ferran məsələsinə görə Makron müəyyən çətinliklərlər üzləşə bilər. Amma bütövlükdə bu böyük bir problem olmalı deyil.”

Bu parlament seçkiləri Fransanın yeni prezidenti üçün çox əhəmiyyətlidir. 8000-ə yaxın namizəd Fransa parlamentindəki 577 yer üçün rəqabət aparır. Seçkilərin həllədici ikinci mərhələsi gələn həftə keçiriləcək.

XS
SM
MD
LG