Accessibility links

Fransada polislər səfərbər olunub


Fransa hökuməti qarşıdan gələn etiraz aksiyaları zamanı yenidən zorakılıqlar baş verməsin deyə, ölkə boyu 89 mindən çox polis yerləşdirib.

Yanacaq qiymətinin artırılmasına qarşı baş qaldıran etirazlardan sonra Fransa prezidenti Emanuel Makronun çərşənbə günü bu qərarı ləğv etməsinə baxmayaraq, ölkənin baş naziri Eduardo Filippe ölkə boyu polis işçilərinin artırılacağı barədə bəyanat verib.

Şənbə günü etirazçılarla üzləşmək üçün hökumət fözvqəladə üsullara əl ataraq bütün Fransa boyu 65,000 təhlükəsizlik qüvvəsini hərəkətə gətirəcək.
Eduard Filipp, Fransa baş naziri

Keçən həftənin şənbə günü Parisdə on illər ərzində ən ağır kütləvi aksiyalar məşhur Şanzelize prospektinə (Yelisey Çölləri) qədər yayıldı.

Fransa hökuməti şənbə günü yaşanan zorakılıqların bir daha təkrarlanmasının ölkə iqtisadiyyatını zəiflədəcəyindən və hökumətə etimadı sarsıdacağından ehtiyat edir.

Prezident Makronun yanacaq qiymətlərinə artım barədəki qərarı ləğv etməsindən sonra işçilər, pensiyaçılar və tələbələr də öz tələblərini irəli sürmək üçün nümayişlərə qoşuldu.

Həftələrlə davam edən etirazlar qeyri-şəhər sakinləri ilə onların xalqın narahatlıqlarından uzaq olduğunu dedikləri sabiq banki Makron arasındakı siyasi uçurumu aşkarladı.

Tələbələr zibil qutularını yandırır. Bayonne, Fransa. 6 dekabr, 2018.
Tələbələr zibil qutularını yandırır. Bayonne, Fransa. 6 dekabr, 2018.

Hökumətin qəbul etdiyi islahatlara yanacaq qiymətlərinin qaldırılmasından başqa həm də ali təhsil müəssisələrinə qəbul zamanı tələbələr arasında ilkin seçim edilməsi və təhsil haqqının artırılması daxildir.

Tələbə etirazları demək olar ki, bütün Fransaya yayılıb.

Bu aksiyalarda Paris, Marsel, Nitsa, Lion, Orlean, Versal və digər şəhərlərdə təhsil alan tələbələr iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG