Accessibility links

İlkin proqnozlara görə Makron Fransa seçkilərində qələbə çalıb


Fransada prezident seçkilərində ilkin proqnozlara görə, mərkəzçi Emmanuel Makron millətçi mühacirət əleyhdarı Marin Le Pen üzərində qələbə çalıb.
Medianın proqnozlarına əsasən, Makron səslərin 64.9, Le Pen isə 34.1 faizini alıb.

Fransa seçiciləri bazar günü ölkənin müasir tarixində ən gərgin və mübahisəli seçkilər adlandırılan prezident seçkilərində səs verir. Müşahidəçilər seçkilərin ölkənin qlobalizasiya istiqamətini davam etdirəcəyi, ya Avropa İttifaqından xaricdə yeni yol tapacağını həll edəcəcyini bildirir.

İş yerləri, mühacirət və təhlükəsizlik məsələlərinin üstünlük təşkil etdiyi seçkilərdə Fransa seçiciləri mərkəz-solçu biznes tərəfdarı Makron və Fransanın Avropa İttifaqından çıxmasını və xüsusilə müsəlman ölkələrindən mühacirətin qarşısının alınmasını istəyən Le Pen arasında seçim edir.


Emmanuel Makron Le Turge şəhərində səs verəndən sonra tərəfdarlarını salamlayır
Emmanuel Makron Le Turge şəhərində səs verəndən sonra tərəfdarlarını salamlayır

Hər iki namizəd artıq səs verib. Emmanuel Makron Fransanın şimalındakı Le Turge şəhərində həyat yoldaşı Bricit Makronla bərabər səs verib.

Marin Le Pen onun mənsub olduğu mühafizəkar Milli Cəbhə partiyasının üstünlüyə malik olduğu Onen Bomo şəhərində səsvermə məntəqəsində səs verib.

Marin Le Pen səsvermə məntəqəsində səs verdikdən sonra
Marin Le Pen səsvermə məntəqəsində səs verdikdən sonra

Seçkilərə bir gün qalmış Makronun qərargahı onun emaillərinə hakerlər tərəfindən müdaxilə edildiyini bildirib.

Seçicilər Fransanın Bron şəhərində səsvermə məntəqəsində səs verir
Seçicilər Fransanın Bron şəhərində səsvermə məntəqəsində səs verir

Makron əsas etibarilə şəhər yerlərində ölkənin kosmopolit təcrübəsi və qloballaşmanın təkcə qaçılmaz deyil, həm də gələcək inkişafın əsası olduğuna inanan seçicilər tərəfindən dəstəklənir.

Le Penin mesajı isə əsasən gələcəyini kapitalizm və Fransa mədəniyyətinin dağılması təhlükəsi qarşısında görən seçicilərin dəstəyini tapıb. Onun elektoratının əsas hissəsi Fransanın şimal-şərqində zavodlar və fabriklərin bağlanması nəticəsində minlərlə iş yerlərinin itirildiyi yerlərdə cəmləşib.

Fransada işsizlik səviyyəsi 10 faiz təşkil edir. Bu, Avropada işsizlik səviyyəsinin ən yüksək olduğu ölkələrdən biridir.

XS
SM
MD
LG