Accessibility links

Fransa prezidenti imiqrantlara və ölkədə doğulmuş xarici vətəndaşlara qarşı sərt olacağını bildirib


Fransa prezidenti imiqrantlara və ölkədə doğulmuş xarici vətəndaşlara qarşı sərt olacağını bildirib
Fransa prezidenti imiqrantlara və ölkədə doğulmuş xarici vətəndaşlara qarşı sərt olacağını bildirib

Çingənə kimi tanınan qanunsuz Roman imigrantlar ölkədən qovulacaq və onların yüzlərlə düşərgəsi söküləcək

Fransa prezidenti Nikolas Sarkozi nəin ki, qanunsuz imiqrantlar hətta ölkədə doğulmuş xarici vətəndaşlara qarşı da sərt olacağını bildirib. Prezident bütün bunların sabitlik və qanun naminə edildiyin bildirib. Daxili işlər naziri Brays Hortefeks ötən həftə bildirib ki, Çingənə kimi tanınan qanunsuz Roman imigrantlar ölkədən qovulacaq və onların yüzlərlə düşərgəsi söküləcək. O deyib ki, ictimayi nizamı pozan və ya dələduzluq edən qaraçılar Bolqaristana və ya Rumınyaya deportasiya ediləcək. O deyib ki, hökumət qaraçı, yəni çingənələri ləkələmir, və bunun ictimai təhlükəsizlik xarakteri daşıdığını bildirir. Cənubşərqi Fransada baş verən qiyam da daxil olmaqla bu yaxınlarda Avropada deyildiyi kimi desək romanlar tərəfindən bir neçə ictimai əsayiş pozuntusu qeydə alınıb. Cənab Sarkozi onların düşərgələrini insan alveri və fahişəlik mənbəyi adlandırıb. Fransa hökuməti qanunu pozan sonradan vətəndaşlıq hüququ verilmiş adamları da vətəndaşlıqdan çıxaracağını bildirib. Yeni siyasət 10 ildən az Fransa vətəndaşı olan və ciddi cinayət törədən insanlara şamil ediləcək. Bu arada Fransa polisinin imiqrant qadını və uşaqları nümayişdən sürüyərək çıxartmasını göstərən video material yayılıb. Britanyada yerləşən Amnesty İnternationalın nümayəndəsi Con Dalhuzen deyib ki, bu Fransada geniş yayılan bir təmayülə işarə ola bilər. Baş verən faktlar daha geniş kontekstdə təzyiq tədbirlərinin həyata keçirildiyinə işarə edir. Fərqi yoxdur həqiqi şərtlərə əsaslanır ya yox, bu daha geniş modelin əlamətidir. Ötən ay Fransanın aşağı palatasının siyasətçiləri İslama aid bürgələrin ictimai yerlərdə qadağan olmasına səs vermişdir. Londonda yerləşən Beynəlxalq Azlıqların Haqları Qrupunun İcra başçısı Mark Latimer deyib ki, imiqrantlar əleyhinə sağçı partiyalar Avropada yayılmaqdadır. O deyib ki, partiyalar geniş sayda səs toplaya bilmirlər , lakin onların siyasi mövqeyləri get gedə iri siyasi partiyalara da yayılmaqdadır. Hal hazırda Avropada, əsasəndə Qərbi Avropada mövcud olan ifrat-sağçı partiayalar bütövlükdə çox az sayda havadarlara malikdirlər. O deyir ki, Fransa prezidenti Sarkozi ritorikanı mənimsəyib. O düşünür ki, bu retorkia seçicilərin diqqətini sağçılara cəlb edəcəkdir. Fransada növbəti prezident seçkiləri iki ildən az müddətdə gözlənilir. Prezident Nikolas Sarkozi imiqrantları hədəf alan bir sıra bəyanatlar edib. O, müəyyən İslam geyimlərinin Fransa küçələrində geyinilməsini qadağan etmək və sayrə kimi ictimai-siyasət tərəfindən haq verilməyən bəyanatlar verir. Əslində bu Fransa konstitusiyasına ziddir, və məqsəd hal hazırkı iqtisadi böhrandan əziyət çəkən Fransa ictimayyətinin böyük hissəsinin səsini qazanmaqdır. Amnesty İnternational hesablamalarına görə Fransada təxminən 20 000 qaraçı yaşayır. Onların əksəriyyəti Mərkəzi və Şərqi Avropadan gələn yeni imiqrantlardır.

XS
SM
MD
LG