Accessibility links

Fransa prezidenti fransalı yardım işçisinin Əl-Qaidə yaraqlıları tərəfindən qətlə yetirildiy barədə xəbəri təsdiq edib

İslamçı Məqrib qrupu fransalının qətli barədə xəbəri dünən Əl-Cəzirə televiziyası ilə açıqlayıb

Fransa prezidenti Nikola Sarkozi girov götürülmüş 78 yaşlı fransız Mişel Jermanonun Şimali Afrikadakı Əl-Qaidə yaraqlıları tərəfindən qətlə yetirildiyi xəbərini təsdiq edib. Bu gün televiziya ilə çıxışı zamanı cənab Sarkozi yardım işçisinin qətlini qınayaraq, belə bir addımı vəhşilik adlandırıb. Əl-Qaidanın İslamçı Məqrib qrupu fransalının qətli barədə xəbəri dünən açıqlayıb. Əl-Cəzirə televiziyası ilə yayımlanan audio mesajda Mişel Jermanonun keçən həftə Malidə keçirilən reyd zamanı öldürülən 6 Əl-Qaida üzvünün qiasının alıması məqsədi ilə qətlə yetirildiyi deyilib. Qətlə yetirilən fransalı yardım işçisi aprel ayında Nigeriyada girov götürülmüşdü.

XS
SM
MD
LG