Bazar ertəsi Fransanın yeni prezidenti Emmanuel Makron Versal Sarayında rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Makron “son dərəcə səmimi” adlandırdığı bu görüşdə Fransa prezident seçkilərinə müdaxilə cəhdlərinə görə Rusiya KİVlərini tənqid edib. O həmçinin Çeçenistanda gey və lesbian icmasına qarşı qəddar rəftarı və Rusiyanın şərqi Ukrayna və Suriyadakı rolunu sual edib.
Seçki kampaniyası boyu Russia Today və Sputnik seçkinin gedişatına təsir göstərməyə çalışıb və dəfələrlə mənimlə və kampaniyamla bağlı yalan məlumatlar bölüşüb.Emmanuel Makron
Makron Putinlə ilk üz-üzə görüşünü Versalda keçirib. Görüş zamanı o, Rusiyanın onun seçki kampaniyasına müdaxiləsi də daxil olmaqla bir sıra məsələləri qaldırıb. Makron iki öndəgedən media orqanını Fransa prezident seçkisinin Makronun rəqibi, Putinlə isə yaxın münasibətləri olan Marin Le Penin xeyrinə nəticələnməsi üçün seçkiyə müdaxilə etməkdə günahlandırıb.
“Seçki kampaniyası boyu Russia Today və Sputnik seçkinin gedişatına təsir göstərməyə çalışıb və dəfələrlə mənimlə və kampaniyamla bağlı yalan məlumatlar bölüşüb”, deyə Makron bildirib.
İnsan haqları qrupları Makronu Putinlə Rusiyanın cənubunda yerləşən Çeçenistan regionunda geylər və lesbianlara qarşı pis rəftar məsələsini müzakirə etməyə çağırıb.
“Cənab Makron seçki kampaniyası zamanı Amnesty International-a söz verdi ki, o, təkcə Fransada deyil, bütün dünyada insan haqlarını müdafiə edəcək. İndi isə onun qarşısında mətanət sərgiləməsi üçün qaçırmamalı olduğu bir şans var, çünki cənab Putin təkcə bu dili başa düşür”, deyə Amnesty International təşklatının Fransa ofisindən Sesil Kurio bildirir.
Putinlə danışıqlardan sonra Makron sözünü tutduğunu aydın edib.
“Biz Çeçenistanda LBGT məsələsini və bununla yanaşı Rusiyada QHT-lərin durumunu müzakirə etdik. Mən Fransanın bu məsələlərlə bağlı gözləntilərini açıq-aydın bir şəkildə prezident Putinə bildirdim”, o deyib.
Fransa prezidenti həmçinin Rusiyanın Suriya və Ukraynanın şərqinə hərbi müdaxiləsini tənqid edib.
Putin isə öz növbəsində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların son qoyulmasına çağırıb.
Biz Çeçenistanda LBGT məsələsini və bununla yanaşı Rusiyada QHT-lərin durumunu müzakirə etdik. Mən Fransanın bu məsələlərlə bağlı gözləntilərini açıq-aydın bir şəkildə prezident Putinə bildirdim.Emmanuel Makron
“Mən sizə və Fransa mediasının nümayəndələrinə səslənirəm: siz qlobal iqtisadiyyatda bütün məhdudiyyətlərin aradan qaldırılması uğrunda mübarizə aparmslısınız. Dünya iqtisadiyyatının inkişafına, işsizliyə qarşı mübarizə aparmağa və vətəndaşların yaşayış səviyyələrinin artmasına yalnız siyasi maraqlar və fürsətçi vasitələr olmadan azad bazar və azad rəqabətə qarşı məhdudiyyətlərin qaldırılması yardım edə bilər.”
2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi və şərqi Ukraynada rusdilli separatçıları hərbi dəstəklə təmin etməsindən sonra Rusiyaya beynəlxalq sanskiyalar tətbiq edilib. Suriyada isə Rusiya prezident Bəşər Əl-Əsəd hökümətini dəstəkləyir.