Accessibility links

Kalaisdə bu ilin sonunadək mühacir düşərgəsi bağlanacaq


Fransa prezidenti Fransua Olland bu ilin sonunadək Kalaisdə mühacir düşərgəsini bağlayacağını vəd edib.

“Mən humanitar sahədə Fransanın göstərdiyi səylər kimi Britaniya rəsmilərinin də üzərilərinə düşəni edəcəklərini görmək istərdim” - deyə Fransua Olland bildirib.

Bu, Ollandın prezident qismində Kalaisə ilk səfəri idi. Sudan və Əfqanıstandan 7-10 min qaçqın burada məskunlaşıb.

Olland deyib ki, onlar məsələnin həllinə yaxınlaşırlar. O, əlavə edib ki, düşərgənin bağlanması ölkənin dəyərlərinə uyğun şəkildə tamamlanacaq.

Rəsmilər Fransada qış mövsümü gələnədək qaçqınları 164 mərkəzə yerləşdirməyi planlaşdırır.

XS
SM
MD
LG