Accessibility links

Fransada qatar qəzası qurbanlarının sayı artır


French railway officials stand next to the wreckage of a derailed train at the Bretigny-sur-Orge station near Paris July 13, 2013.
French railway officials stand next to the wreckage of a derailed train at the Bretigny-sur-Orge station near Paris July 13, 2013.

Fransa rəsmiləri altı nəfərin həlak olması, 30-dan çox insanın isə yaralanması ilə nəticələnmiş qatar qəzasının insan səhvi üzündən baş vermədiyini bildirib.

Fransanın Nəqliyyat naziri Frederik Küvilye qatarı idarə edən maşinisti cəld reaksiyasına yüksək qiymət verib və təhqiqatın əsas diqqəti infrastruktur məsələsinə yönəldəcəyini deyib. Nazir Fransa radiosuna müsahibə zamanı deyib ki, maşinistin qatarın relsdən çıxması haqda məlumatı həmin anda xəbər verməsi hadisə yerindən bir neçə dəqiqə uzaqlıqda olan qatarla toqquşmanın qarşısını almağa kömək edib.

Yüzlərlə sərnişinlə Parisdən Limoja gedən qatar cümə günü relsdən çıxaraq, Bretinyi-sür-Örc stansiyasında platformaya dəymişdi. Parisdən 20 kiometrlik məsafədə yerləşən stansiyada baş verən qəza nəticəsində onlarla adam xəsarət alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG