Accessibility links

Terror hücumunun qarşısını alan amerikalılar Fransanın fəxri ordeni ilə təltif olunub


Fəxri Legion ordeni alanların sırasına britaniyalı iş adamı da daxil olub

Bazar ertəsi Fransa prezidenti Fransua Olland bir britaniyalı və üç amerikalını Fransanın ən yüksək hərbi və dövlət mükafatı olan Fəxri Legion ordeni ilə təltif edib.

Parisdə keçirilən mərasimdə cənab Olland britaniyalı Kris Norman və amerikalı Spenser Stoun, Alek Skarlatos və Antoni Sadlerin sinələrinə medalları taxıb. O deyib ki, onların ötən həftə terrora qarşı göstərdikləri qəhrəmanlıq “cəsarət, ümid və həmrəylik mesajı” verir.

Prezident həmçinin silahlı şəxsi ilk aşkar edən Fransa vətəndaşını da qəbul edib.

ABŞ Hərbi Hava Qüvvələri aviasiyaçısı hücum zamanı yaralanıb. O, Skarlatos və Sadlerlə birlikdə qatarda sərnişin kimi olublar və şübhəli şəxsi ələ keçirmək məqsədilə hərəkətə keçiblər.

Bu yaxınlara kimi İraqda xidmət göstərən Milli Qvardiya üzvü Skarlatos üçlük və Normanın instinktlərinə görə hərəkət etdiklərini deyib. Sadler bildirib ki, silahlı şəxs hücuma keçmədən öncə heç danışmayıb.

İspaniya rəsmiləri Mərakeş əsilli hücumçunu 25 yaşlı Əyyub Əl-Xəzani olduğunu müəyyən ediblər və ötən il bir müddət Suriyada olduğunu deyiblər. O, qatara hücum cəhdindən bir qədər öncə Brüsseldə minib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG