Accessibility links

Fransa Qətərlə ərəb qonşularını aralarındakı diplomatik qarşıdurmanı həll etməyə çağırır


Fransanın xarici işlər naziri Qətərlə qonşu ərəb ölkələri arasında münasibətlərin pisləşməsi ilə balı narahatlığını ifadə edib və tərəfləri diplomatik qarşıdurmaya son qoymağa çağırıb.

Jans-İv LeDrian şənbə günü Dohada qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhamn Əl-Tani ilə görüşəndən sonra müxbirlər önündə çıxış edib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin daxil olduğu bir qrup ölkə Qətəri terroru dəstəkləməkdə ittiham edərək, iyun ayında diplomatik əlaqələri kəsib. Bu yaxınlarda onlar Dohaya 13 tələb irəli sürüb.

Qətər danışıqlar aparıb, güzəştə getməyə hazır oduğunu desə də, suverenliyindən imtina etməyəcəyini bildirib.

ABŞ dövlət katibi Reks Tillerson bu həftənin əvvəli regiona səfər edib, amma qarşıdurmanın həllində heç bir irəliləyiş əldə etməyib.

XS
SM
MD
LG