Accessibility links

Fransa radikallaşmaya qarşı mübarizə aparır [Video]


Fransa radikallaşmaya qarşı mübarizə aparır
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Fransa radikallaşmaya qarşı mübarizə aparır

Loire çay vadisində yerləşən üzüm bağları arasında Fransa dövləti müsəlman gəncliyin radikallaşması qarşı mübarizə aparmağa çalışır.

Bu malikanədə ölkənin gənc müsəlmanlar üçün olan ilk inteqrasiya məkanıdır. Burada gənclərə Fransa respublikasının əsasını təşkil edən dünyəvi prinsipləri aşılanır.

Bütövlükdə şəhər ideyanı bəyənsə də bu ancaq ilkin mərhələdə belə idi.

Burada iştirak könüllü olub və yalnız bir neçə müsəlman buna qoşuldu. Lakin, onların bəzilərinin qonşuları qorxutmasına görə, qonşular etiraz etmək üçün birlik də yaratdılar.

Qonşuların şikayətləri Fransada sosial problemlərə qarşı insanların münasibətini göstərir. Məhz bu münasibət bir zamanlar qatı katolik, lakin indi sekulyar olan bu ölkədə radikallaşmanın qarşısını almaq cəhdlərinə mane olur.

Hökumət nümayəndələri bunu sınaq müddəti olaraq hesab edir. Əsas məqsədləri isə gənc yaşdan olan müsəlmanlara təsir edə bilməkdir. Sülhpərvər aktivist olan Lətifə ibn Zaytən də bu ideyanı dəstəkləyir. Əslən Mərakeşdən olan Lətifə 2012 ildə baş verən terror hadisəsi nəticəsində oğlunu itirmişdi. Hazırda o məktəbdə dərs deyir.

Suriyada radikallaşdırılan belçikalı gənc haqqında hazırlanan Cihad adlı bu teatr tamaşaçı Fransada tamaşaçılara təqdim edilir. Lətifə kimi aktyorlar da düşünürlər ki, radikallaşdırılma problem cəmiyyətdə geniş müzakirə edilməlidir.

Plan Fransa hər bir bölgəsində bunun kimi mərkəzlər qurmaq idi. Lakin, bu baş verməyəcək. İndi, Emmanuel Makronun başçılığı altında olan hökumət bu uğursuzluqdan nəticə çıxartmağa və yeni həll yolları tapmağa çalışacaq.

XS
SM
MD
LG