Accessibility links

Fransa prezidenti Saheldə terrora qarşı dəstəyini elan edib [Video]


Fransa prezidenti Saheldə terrora qarşı dəstəyini elan edib
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Fransa prezidenti Emmanuel Makron Afrikanın Sahel regionunda terrora qarşə döyüşən ölkələrə hərbi və maddi dəstək verəcəyini elan edib. Makron militantlara qarşı mübarizə aparan beş ölkədən ibarət regional qüvvəyə qərb ölkələrinin dəstəyini toplamaq üçün bazar günü Maliyə səfər edib. Səfər zamanı Malidə fəaliyyət göstərən Əl-Qaidəyə aid bir qrup pul qarşlığında girov tutduğu altı xarici əsirin videosunu paylaşıb.

Makron terrorun kökünü kəsmək üçün birgə səylərə çağırıb və bu mübarizənin müharibə adlandırılmasına qarşı çıxıb.

Mali G5 Sammiti
Mali G5 Sammiti

“Mən müharibə barədə danışmayacağam, çünki onlar elə bunu istəyir və müharibə aparmaq üçün də buna layiq düşmənin olmalıdır. Biz hər gün terrorçular və qatillərlə üzləşirik. Biz onların adlarını və üzlərini unutmalıyıq, amma bundan öncə tərəddüdsüz və qətiyyətli bir şəkildə onları yer üzündən silməliyik”, deyə Fransa prezidenti bildirib.

Makron deyib ki, onun ölkəsi regiondakı anti-qiyamçı qüvvələri əməliyyat və döyüş dəstəyi ilə təmin edəcək. Buna 70 taktiki hərbi maşın, rabitə vasitələri və əsgərlər üçün müdafiə avadanlıqları daxildir.

“Bu gündən etibarən biz dünya boyu sərf etdiyimiz təhlükəsizlik və müdafiə əməkdaşlığı büdcəmizin 50 faizini Saheldə xərcləyirik, çünki Afrika qitəsinin, eləcə də Avropa daxil olmaqla planetimizin bəzi yerlərinin təhlükəsizliyinə ən böyük hədə bu regiondadır”, o deyib.

Mən müharibə barədə danışmayacağam, çünki onlar elə bunu istəyir və müharibə aparmaq üçün də buna layiq düşmənin olmalıdır. Biz hər gün terrorçular və qatillərlə üzləşirik. Biz onların adlarını və üzlərini unutmalıyıq, amma bundan öncə tərəddüdsüz və qətiyyətli bir şəkildə onları yer üzündən silməliyik.
Emmanuel Makron

Mali Niger, Çad, Burkina Faso və Mavritaniya ilə birlikdə G5 Sahel adlı sammit keçirir. Bu beş ölkənin dövlət başçıları bazar günü Avropa üçün təhlükə olaraq görünən qiymaçı qrupların yetişdiyi Sahelin bəzi hissələrinə minlərlə qoşun göndərəcək regional qüvvə yaradıb.

Mali prezidenti ibrahim Bubakar Kita: “Bizim ölkələrdən hər cür silah keçirilir, xarici döyüşçülər Suriyada aparılan beynəlxalq əməliyyatlardan qaçan terrorçular burada gizlənir, bundan əlavə isə Avropaya qaçmağa çalışan insanlar da bizim regiondan keçir”.

Regiondakı terror qrupları özlərini dəstəkləmək üçün insanları qaçırdıb, pul tələb edir, ya da insan alverinə əl atır. Bazar günü Malidə bir terror qrupu pul qarşılığında girov saxladığı altı xaricinin videosunu yayıb. Onların üçü qadındır. Ötən həftə isə İsveç altı ildir islamçı ekstremistlər tərəfindən Malidə saxlanılan Cohan Qustafssonun azad edildiyini elan edib. Amma bir çox hökümət bu cür halların qarşısını almaq üçün ekstermistlərə girovların azadlığa buraxılması qarşılığında pul ödəməkdən imtina edir.

XS
SM
MD
LG